Advertisement X
  
A M A Z O N I Y A
Ən son yenilənmə: 12/02/2010
AMAZONİYAYA XOŞ GƏLDİN... BURA UZAQ, TƏNHA VƏ SİRLİ BİR ÖLKƏDİR... DARIXMAYACAQSAN Kİ... Səhifələr: [1]

TEZLİKLƏ BU SƏHİFƏDƏ: -- magik və mistik söhbətlər... -- ezoteriya... -- mantikalar... -- horoskoplar... -- yuxu yozumları...
Bölmə: M A G İ Y A DÜNYASI
Yazar: Fizuli YAVƏR 04:27 12/02/10 Oxunub: 8 Şərhlər Şərhlər (0)  

** ** ** Başqa dünyadan sürgün olunmuş qərib, yad bir adamam bu dünyada. Mənim dünyam belə deyildi axı... Orda insanlar daha gözəl, daha sevimli. Orda insanlar bir ailə kimi mehriban, cənnətdəki sayaq günahsız və mutlu. Orda kədər axtarırlar, burda sevinc aradıqlarıtək. Kədər axtarıarlar, sevincin adiliyindən uzaqlaşmaq üçün, sevincin dadını daha dərindən duymaq üçün. Orda göz yaşı yox...

Bölmə: MƏNSUR ŞEERLƏR
Yazar: Fizuli SERKEROV 10:30 15/01/10 Oxunub: 15 Şərhlər Şərhlər (0)  

Səhra belə olurmuş deməli...

Nə bir ağac, nə bir çəmən, nə çiçəklər... Bom-boz, ucu-

bucağı görünməyən boşluq, nəhayətsizlik. Qumların üzü ləpəli,

dalğalı dəniz üzünü xatırlatsa da bu ləpələr, dalğalar donuq, sanki

ölü. Bir qaynarlıq, Günəş hərarəti də yox bu qumlarda. Elə dəniz

suları kimi soyuq.

Bölmə: MƏNSUR ŞEERLƏR
Yazar: Fizuli SERKEROV 06:53 25/12/09 Oxunub: 17 Şərhlər Şərhlər (0)  

RƏŞİD BƏY SƏADƏT XANIM

(bir pərdəli dram)

İsmayıl bəy Qutqaşınlının eyni adlı hekayəsi əsasında

İ Ş T İ R A K Ç I L A R :

RƏŞİD BƏY -gənc, yaraşıqlı, igid bir oğlan.

SƏADƏT XANIM -gənc və gözəl bir qöz.

ƏZİZ - Rəşid bəyin dostu.

ŞAMAH - Səadət xanımın dayəsi.

** ** **

Yaşıllığa, gül-çiçəyə bürünmüş, ucu-bucağı gö-

rünməyən gözəl bir bağ. Sağ tərəfdə taxtadan

düzəldilmiş söhbət köşkü. Sol tərəfdə bağban

koması.

** ** **

Səadət və Şamah gəzişə-gəzişə köşkə yaxınlaşır.

Səadət pəjmürdə halda köks ötürərək skamyaya çökür. Şamah da yanpörtü halda onun yanından oturur.

ŞAMAH-

- Özün adlı-sanlı bir bəyin yeganə qızı olasan, on səkkiz yaşın ola, gözəllikdə mələk-
lər səninlə bəhsə girə, di gəl, həmişə bikef gəzəsən, bu dünyada heç nədən zövq ala bilməyəsən... Heç başa düşə bilmirəm səni.

SƏADƏT-

- Eh, Şamah, Şamah... Qəlbin məsudluğu üçün bunlar o qədər də vacib şərtlər deyil.

ŞAMAH -


- Bilirəm... Etiraf etmək istəməsən də, qəlbin sevgi həsrətilə alovlanır. Sevgisiz həyat

bədbəxtlik, qəm-qüssə deməkdir.

SƏADƏT -

- (Xəfifcə gülümsəyir.) Nəhayət ki... anladın.

ŞAMAH


- (O da gülümsünür) Tələsmə. Eşitmişəm lap bu yaxınlarda sərvəti,nəcabətilə məşhur

olan Əsgərağa sənə elçi göndərəcək . Nə istəyirsən, eşidən-bilən elə indidən bu

izdivaca həsəd aparır.

SƏADƏT

- Ah, əziz dayəm Şamah...Məsələ də elə bundadır də. Güman edirsən ki, belə bir evlilik

məni xoşbəxt edəcək?.. Mən onun xasiyyətinə bələd deyiləm. Bəlkə o heç mən sevmir. Ah, belə bir uşağa ərə getməkdənsə daim anamın və sənin yanında qalmağı mən nə qədər xoş

bir səadət hesab edərdim... Əsgərağanın ata-anası öz oğullarını evləndirmək istəyirlər, lakin fikirləşmirlər ki, bu işdə iki şəxsin bədbəxtliyinə səbəb olurlar. Biri öz oğulları, biri də gələcək gəlinləri... Bəli, əzizim,

kədərimin, qəmimin əsas səbəbi əsluində budur.

ŞAMAH-

- (təəcüblə) Nədi, sən Kazım xanın oğlundan imtina etmək istəyirsən? Bu günlərdə

onlar elçilərini göndərəcəklər. O tərəf, bu tərəf bu toya təmtəraqla hazırlaşır... Sən

nə etmək istədiyini heç başa düşürsənmi?.

SƏADƏT

- Bilmirəm, bilmirəm... Lap başımı itirmişəm...

Bölmə: DRAMATURGİYA
Yazar: Füzuli YAVƏR 09:13 02/12/09 Oxunub: 23 Şərhlər Şərhlər (0)  
                      M Ü S A H İ B Ə

Bəylər ASLANOVUN “Qəmərvan və

qəmərvanlılar” kitabından

O, 1976-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət

İncəsənət İnstitutunun (indiki Mədəniyyət Universiteti)

rejissorluq fakultəsini bitirib.

Təyinatla M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrı-

na göndərilib. 20 il bu teatrda aktyor, quruluşçu rejissor

və baş rejissor kimi çalışıb. İrili-xırdalı onlarla rol oy-

nayıb, 40-dan çox Azərbaycan, rus və xarici ölkə dramatur-

giyasından pyesə quruluş verib.

Səhnə fəaliyyətilə yanaşı ədəbi yaradıcıllıqla

da məşğul olub. Bir xeyli mənsur şeer, hekayə, iki po-

vest, iki roman, kinoccenari və iyirmiyə yaxin pyes

müəllifidir.

Pyesləri respublika televiziyasında, radiosunda, müxtəlif teatr

səhnələrində oynanılıb, yaziları ədəbi jurnallarda,

qəzetlərdə, internet saytlarinda çap edilib.

Amazoniya.azersayt.com adlı fərdi elektron saytının

yaradıcısıdır.

*** *** ***

Onun barəsində yazmaq o qədər də asan deyildi. Baxmayaraq ki,

uşaqlıqda bir yerdə böyümüşdük, sonradan tale hər birimizi həyatın

ayrı-ayrı sahillərinə atsa da əlaqəmiz qırılmamışdı, hərdən görüşürdük,keçmişləri

< p style="margin-left: 35.4pt; text-indent: 35.4pt;" class="MsoPlainText">xatırlayırdıq, jurnallarda, qəzetlərdə yazılarını oxuyurdum, tamaşaları haqqında

eşidirdim. Bəzən yay aylarında kəndimizə qastrol tamaşaları gətirərdi. Bununla belə

yenə də çətinlik çəkirdim onun haqqında nəsə yazmağa. Elə adamlar var ki, göründük -lərindən çox fərqli olurlar. Aysberq, sirli bir aysberq idi o mənim üçün sanki, kiçik bir hissəsi suyun üzündə görünən, ən maraqlı, ən böyük hissəsisə suyun altında gizlənən

aysberq...

Elə bu arada təsadüfən əlimə “Mingəçevir işıqları” qəzetinin bir neçə il

öncə çapdan çıxmış bir nömrəsi düşdü. Bütöv bir səhifədə onunla müsahibə verilmişdi.

Jurnalist maraqlı suallarla aysberqin görünməyən tərəflərini aşkarlamağaçalışmışdı,

deyəsən çox şeyə də nail ola bilmişdi. Bu forma köməyimə gəldi.

Mən də bir gün onunla çayxanada oturub ordan-burdan söhbət edirmiş kimi

aysberqin qaranlıq tərəflərini işığa tutmağa səy etdim.

- Bax, mənə həmişə maraqlı gəlir... Bir rus şairi, səhv etmirəmsə Yevtu-

şenkodu deyəsən, yazıb ki, poeziya sənət deyil, taledir... yəni ki, heç kim şairliyi

bir sənət kimi öyrənə bilməz, bu bir qismətdir, alin yazısıdır... Bax, səndə necə oldu,

adi bir kəndçi oğlu, balacılıqda heç vaxt tamaşa-filan görməyən bir uşaq çox çətin,

eyni zamanda çox perestijli sayılan bir sənətin yolçusu oldu?

- Bilmirəm... təkcə poeziyanın yox, eləcə sənətin bütün növlərinin bir tale

qisməti olduğu fikrinə mən də inanıram . Ancaq məsələ bununla bitmir.

Hər bir adamın

düşdüyü mühit, yaşadığı, xüsusən də usaqlıqda yaşadığı hisslər, həyəcanlar, keçirdiyi

duyğular bu qismətin formalaşmasina böyük təkan verir.

Bölmə: MÜSAHİBƏ
Yazar: Fizuli SERKEROV 02:45 23/09/09 Oxunub: 41 Şərhlər Şərhlər (0)  
                                                 MƏNSUR  ŞEERLƏR

*** ***

İçim səhraya dönüb...

Bir həsrət karvanı gedir bu səhra ilə. Gedir, ağır-ağır,

yorğun-yorğun. Zınqrov səslərilə. Nəhayəti görünməyən qum

dənizinin donuq dalğalarına, ləpələrinə bata-bata, yata-yata.

Qəlbimi aparır uzaqlara həsrət arvanı.

Haralardasa külək ulayır vahimə ilə, ac yalquzaqtək.

Burulğanlar yüksəlir ordan-burdan. Budaqsız, yarpaqsız səhra ağacları.

Od üstə qoyulmuş nəhəng bir tavada qovrulur qumlar. İlğımlar sayrışır

uzaqlardan, əsrarəngiz ilğımlar...

Sahil qayalarına çırpılıb çiıiklənən, bəyazlaşan mavi dalğalar.

Dizəcən dalğalar içində üzü dənizə dayanıb skripkasını çalan Sevgi adlı qız. Uzun saçları,

nazik donu havada uçur.

Yam-yaşıl tənha meşə. Gül-çiçəyi dalğalanan balaca bir tala. Qəsrə bənzər

kiçik bir ev.

Çay sahilində bəyaz bir şəhər.

Tanış, doğma çöhrələr... Gülümsəyirlər, əl edirlər...

İlğımlar sayrışır, sayrışır. Şirin, dadlı ilğımlar, sirli, sehrli

ilğımlar.

Həsrət karvanı gedir, gedir onlara sarı. Bilsə də ki,

ilğımdı bütün bu görünənlər, sayrışanlar, yalnız ilğım, yenə

gedir, gedir, dayanmadan, dayana bilmədən.

Donuq ləpələrə, dalğalara bata-bata, yata-yata.

Ağır-ağır, yorğun-yorğun. Zınqrov səslərilə.

Yalnız bir ümid gücülə, xəyalı ilə. bəlkə, bəlkə

möcüzə baş verə səhrada, ilğım kimi görünənlərdən biri

dönüb ilğım yox, çaşıb həqiqət ola...

** ** **

Bu nədir, Allah?..

Gecikmiş, çox gecikmiş bir qatar səsi gəlir qulaqlarıma elə bil.

Doğrudanmı, doğrudanmı bu dayanacaqdan yenə qatar gəlib keçəcək? Minib gedəcəyəm, qaçıb gedəcəyəm ümidləri "ur" olmuş viran dünyanın qayğılarından, ağrılarından uzaqlara, sehrli, nağıllı sahillərə? Ömrün ilkin çağlarında olduğu kimi.

Doğrudanmı, doğrudanmı?..

Gecikmiş bir qatar səsi gəlir qulaqlarıma.

Dayanacaqmı, dayanacaqmı o qarşımda mənim? Qoynuna alacaqmı günlərimi, gecələrimi? Yeni bir möcüzə baş verərdi yəqin ki.

Bəlkə... ötüb keçəcək, saxlamadan? Odlu küləyilə içimi dalayaraq.

Bəlkə, bəlkə... üstümdən keçəcək? Təkərlər altında qoyaraq qəlbimi, ruhumu.

Kim bilir, kim bilir?

Gecikmiş, çox gecikmiş bir qatar səsi gəlir qulaqlarıma elə bil.

Bu nədir, nədir, ay Allah?..

***

Sudan, dənizdən kənara atılmış balıqlar kimi

çabalaya-çabalaya can verir günlərim. Gözüm görə-görə.

Ömür tükənməkdə...

Doğrudanmı, doğrudanmı bir daha görə bilməyəcəyəm

o uzaq yerləri, görə bilməyəcəyəm sevdiyim insanları?

mutlu günlər yaşanmayacaq bir də?

Doğrudanmı, həsrət suyu çəkilmiş, qurumuş bir

dəniz deməkdi? Dibində çabalaya-çabalaya can verən

balıqlar...

** ** ** Su! Çat-çat olmuş dodaqlara. Cadar-cadar torpaqlara. Bürüşən, quruyan güllərə, çiçəklərə, yarpaqlara, otlara, ağaclara. Su! Ömründə bircə dəfə də olsa yağışda çimmək istəyən səhraya, qum- lara. Su! Çabalaya-çabalaya can verən balıqlara. Su! Üstü torpaqlanan təzə qəbirlərə çiləməyə də varsa...
Bölmə: MƏNSUR ŞEERLƏR
Yazar: Fizuli YAVƏR 10:14 03/07/09 Oxunub: 78 Şərhlər Şərhlər (0)  
                                       ADSIZ         DUYĞULAR

** ** **

S O S!..

Belə getsə gələcəkdə doğulacaq uşaqların

xalaları, əmiləri olmayacaq...

** ** **




İki kəndli qonşu dalaşırdı: "Niyə sizin arılar keçib bizim bağdakı çiçəkləri sorur?!"
O qədər çək-çevir etdilər ki, axırda işləri məhkəməyə düşdü. Gəl-getlər,sorğu-
suallar...
Nəhayətdə hakim onları barışdırdı. Hərəsindən bir balon xalis bal alıb...

** ** **

Xəyallar - səhra həyatıma yağan yağışlar...

Yağışlar nə cücərdə bilər görəsən

ölü qumlar üstə?..

** ** **


Mən səni çox sevirəm, Vətən, lap çox.
Sən necə, sevirsənmi məni, azacıq da varsa?..

** ** **

Mən, üstəgəl milyonlarla itirilmiş insan var bu dünyada.

Kim tapacaq bizləri, kim?

***

İblislərin Allahlar üzərində allahlıq etdiyi
bir dünyada yaşamağına dəyərmi?..
** ** ** Bu böyük dünyada hər kəsin kiçicik bir dünyası olmalıdır. Və hər kəs öz dünyasının Allahı olsun gərək. Kimin ki, belə bir dünyası yoxdur, kim ki, öz dünyasının Allahına çevrilə bilmir - böyük dünya ona böyük bir qəriblik verəcək və o, həmişə üzüntü içində çırpınacaq, darıxacaqdır.
Bölmə: ADSIZ DUYĞULAR
Yazar: Fizuli YAVƏR 01:55 28/06/09 Oxunub: 82 Şərhlər Şərhlər (0)  
                                                                ***

Bu həsrət ürəyimdə elə bir düyün ki,

açılmır,

açılmır,

açılmır.

Bu həsrət canımda elə bir azar ki,

sağalmir,

sağalmır,

sağalmır.

Gecə-gündüz gözlərim önündəsən -

gözlərim qapanmır,

qapanmır,

qapanmır...

Bölmə: MƏNSUR ŞEERLƏR
Yazar: Füzuli YAVƏR 07:15 27/06/09 Oxunub: 73 Şərhlər Şərhlər (0)  
Xətdə olanlar:
NABIYEV ELXANNABIYEV ELXAN IBRAHIM PENAHLIIBRAHIM PENAHLI ELMEDDINELMEDDIN TahirTahir BySəbuhiBySəbuhi MUSAMUSA samirsamir telcantelcan FeridFerid turaltural NatiqNatiq CaBiRCaBiR ADMINADMIN turaltural H.NICATH.NICAT Araz İsgəndərliAraz İsgəndər 26 SAYLI MƏKTƏB26 SAYLI MƏKTƏ CoğrafiyaCoğrafiya BİLİK KÖRPÜSÜBİLİK KÖRPÜS xelil velizadexelil velizade TELEBETELEBE VusalVusal vusalevusale NERGIZNERGIZ TOGRULTOGRUL MAQEMAQE KenanKenan anaranar ElnurElnur VuqarVuqar və 283 Qonaq